Afaq Bəşirqızının doğum günüdür
15 Avqust 2013 09:00 (UTC+04:00)
Xalq artisti, tanınmış aktyor Afaq Bəşirqızının bu gün doğum günüdür. Aktrisa ad gününü ailəsilə qeyd etməyi düşünür.
Sevinc təəssüratlarını AzNews.az-la bölüşən A.Bəşirqızının sözlərinə görə, bu gün təmtəraqlı bir mərasim keçiriləcək: "Şükürlər olsun Allaha…Ağır əməliyyatdan sonra həyatdayam, dostlarımın əhatəsindəyəm və səhnədəyəm. Məni təbrik edən hər kəsə minnətdaram".
Bahar Rüstəmli
AzNews.az