Rusiyadan Ukraynaya daha bir zərbə

15 Avqust 2013 10:42 (UTC+04:00)
Ukrayna mallarının idxalına qadağa qoyuldu

Rusiya Gömrük İdarəsi Ukraynadan idxal edilən malları "risk qrupu"na daxil edib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb. Xəbərə görə, Ukraynadan idxal edilən bütün mallar istisnasız və müddətsiz olaraq dayandırılıb.

Rusiya Gömrük İdarəsində mövzuyla əlaqədar hər hansı bir şərh verməyib. Mütəxəssislər bu qadağanın Ukrayna büdcəsinə ilin ikinci yarısında 2-2,5 milyard dollara ziyan vuracağını bildirirlər.

Əli Rais Hüseynli
AzNews.az