Türkiyə və ABŞ Misirdəki vəziyyəti müzakirə etdi
15 Avqust 2013 11:13 (UTC+04:00)
Türkiyənin xarici işləri naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Cim Kerri ilə Misirdəki vəziyyəti müzakirə edib. Bu barədə Trend "İhlas" agentliyinə istinadən bildirib.
Məlumatda bildirilir ki, Davudoğlu və Kerri keçmiş prezident Məhəmməd Mursinin tərəfdarları olan nümayişçilərə qarşı güc tətbiqinin qəbuledilməzliyi və münaqişə tərəflərinin dinc danışıqlar prosesinə başlamalı olduqları haqqında yekdil fikrə gəliblər.
Misir ordusu dünən səhərdən ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.
Qeyri-rəsmi məlumatlara görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.
Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 278 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.
AzNews.az