“Seks səhnələrinə Azərbaycan aktrisası çəkərəm” – Ayaz Salayev
15 Avqust 2013 11:37 (UTC+04:00)
"Mən erotik film çəksəm, oradakı seks səhnələrinə çalışaram ki, Azərbaycan aktrisası çəkim".
Bu sözləri AzNews.az-a rejissor, kinoşünas Ayaz Salayev, aktrisa Vəfa Zeynalovanın erotik epizoda çəkilməsinə münasibət bildirərkən deyib.
Rejissor aktrisanın belə bir rolu canlandırmasına çox normal yanaşdığını, buna görə qınağa tuş gəlməsini başa düşmədiyini bildirib: "Bu səhnələr yerli filmlərin hər birində olmalıdır. Film sənət əsəridir. Orada seks də olar, erotikada. Rejissor filmdə həyatın özünü əks etdirir. Şəhvət hissi insan münasibətinin bir hissəsidir. Aktrisa da onu yaratmaqla həyatın özünü tamaşaçıya nümayiş etdirir. Bu səhnələr son dərəcədə cəlbedicidir".
Bahar Rüstəmli
AzNews.az