BŞİH Milli Şuranın mitinq müraciətinə cavab verməyib

15 Avqust 2013 12:59 (UTC+04:00)


Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın avqustun 18-də mitinq keçirməklə bağlı müraciətinə hələ də cavab verməyib. Bu barədə AzNews.az-a Milli Şuranın üzvü, AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. A.Quliyev bildirib ki, Milli Şuranın müraciəti BŞİH-ə həftənin bazar ertəsi günü göndərilib. Onun sözlərinə görə, qanunla BŞİH mitinqə 3 gün qalmış müraciəti cavablandırmalı olsa da, hələ də Milli Şuraya heç bir cavab verilməyib:

"İcra Hakimiyyəti bu cür müraciətləri adətən həftənin 5-ci günü cavablandırır. Biz də gözləyirik ki, müraciətimizə sabah cavab versinlər". Milli Şura üzvü deyib ki, mitinq böyük ehtimalla Bayılda "20-ci sahə"dəki sürücülük məktəbinin həyətində olacaq: "Müraciətimizdə göstərdiyimiz 4 yer arasında "20-ci sahə" də var. Böyük ehtimalla, icra hakimiyyəti məhz orada mitinq keçirməyimizlə bağlı qərar verəcək".

Anar