Akif Muradverdiyev həbsdə qaldı

15 Avqust 2013 14:45 (UTC+04:00)


Bakı Apellyasiya Məhkəməsində Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə qərardan verilən apellyasiya şikayətinə baxılıb.

A.Muradverdiyevin vəkili Fuad Ağayevin verdiyi məlumata görə, şikayət təmin edilməyib və həbs qətiimkan tədbiri dəyişdirilməyib. Xatırladaq ki, Akif Muradverdiyev iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Onun çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Elnarə
AzNews.az