Gürcüstan siyasi kursunu dəyişməyincə Avropa İttifaqına (Aİ) inteqrasiya yolu ilə irəliləməyəcək.
Bu barədə Aİ-nin Tbilisidəki nümayəndəliyində məlumat verilib.
“Gürcüstanın yeri Avropa İttifaqındadır, lakin hazırkı kurs dəyişməsə, Gürcüstan Aİ yolunda irəliləyə bilməyəcək”, – "Facebook" sosial şəbəkəsində yerləşdirilən mesajda deyilir.
Eyni zamanda, diplomatik nümayəndəlik Gürcüstanın Avropa İttifaqına gedən yolu tutmaq istəyini qətiyyətlə dəstəklədiyini qeyd edib.
Mövsüm
Aznews.az