Dünyanı sarsıdan xəstəliyin sirri açıldı

15 Avqust 2013 19:00 (UTC+04:00)
Britaniyalı alimlər xərçəng xəstəliyinin inkişafına səbəb olan vacib amili aşkarlayıblar. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar 21 növ gen dəyişmələrini - gen mutasiyalarını aşkarlaya biliblər. Bunlar xərçəngin inkişafı və yayılmasının əsasında dayanır.

Bu bilgilər əvvəlcədən müəyyən edə biləcək ki, adamda xərçəng xəstəliyi riski var ya yox.

Alimlər 7000-dən çox genetik kodun araşdırılmasının nəticələrinə əsaslanaraq belə bir fikir ortaya qoyublar.

AzNews.az