Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

28 İyun 2024 20:16 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər təyin olunub.

Aznews.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 28 iyun tarixində bununla bağlı sərəncam imzalayıb. “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında” haqqında Sərəncama əsasən, seçkilər sentyabrın 1-nə təyin edilib.