İlhamə Quliyeva: “Prezidentin əlindən öpürəm“
15 Avqust 2013 16:41 (UTC+04:00)
Prezident İlham Əliyev İlhamə Quliyeva ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda mahnı ifaçılığı sənətinin inkişafında xüsusi xidmətlərinə görə İlhamə Məzahir qızı Quliyeva "Şərəf" ordeni ilə təltif edilsin.
İlhamə Quliyeva mükafatlandırılması ilə bağlı "Qafqazinfo"ya açıqlama verib: "Prezident məni yox, Azərbaycan xalqının mədəniyyətini mükafatlandırıb. Bu mədəniyyətə verilən qiymətdir. Dünyanın ən yaxşı prezidentinin bu sərəncama imza atan əlindən öpürəm. Prezidentlə yanaşı, onun ailəsinin, həyat yoldaşı olan Mehriban xanımın da mənim sənətimə yüksək münasibəti var. Göyün yeddinci qatınadayam".
Qeyd edək ki, avqustun 17-də xalq artistinin 70 illik yubileyidir.
AzNews.az