Erməni əsirin qohumları XİN-i mühasirəyə aldılar

15 Avqust 2013 19:10 (UTC+04:00)
Azərbaycan ordusunun nəzarətində olan hissəyə keçərkən əsir götürülmüş erməni hərbçi Akop İnciqulyanın qohumları bu gün Ermənistan Xarici İşlər Nazirliyinin qarşısına yığılıblar.

Anspree erməni mətbuatına istinadən bildirir ki, onlar XİN başçısı Edvard Nalbandyanla görüş tələb edirlər. Bundan əvvəl isə onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan nümayəndəliyində olublar. Amma onların sözlərinə görə, onlara heç bir konkret cavab verilməyib.

AzNews.az