ABŞ və Ermənistan AES inşası ilə bağlı müzakirələr aparır

3 İyul 2024 13:25 (UTC+04:00)

“Biz ABŞ ilə birgə Atom Elektrik Stansiyasının inşası məsələsində olduqca vacib mərhələyə daxil olmuşuq”.

Aznews.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O deyib ki, hazırda tərəflər müvafiq hüquqi bazanın hazırlanması ətrafında müzakirələr aparır.

Qriqoryanın sözlərinə görə, indiki mərhələdə son sözü rəsmi Vaşinqton söyləməlidir.