Rusiyada 4638 ev su altında qaldı

16 Avqust 2013 06:57 (UTC+04:00)
Rusiyanın Uzaq Şərq bölgəsində baş vermiş daşqın nəticəsində 4638 ev su altında qalıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Uzaq Şərq federal dairəsində nümayəndəsinin saytında bildirilir.

Ən çox – 4383 ev Amur vilayətində su altında qalıb. Yəhudi Muxtar Vilayətində 244 evi, Xabarovsk diyarında isə 5 evi su basıb.

Daşqın zonasına düşən evlərdə, ümumilikdə, 30 minədək insan yaşayır.

Rusiyanın Müdafiə Nazirliyi təbii fəlakət zonasına 2 xüsusi təyinatlı tibbi dəstə göndərib.

AzNews.az