Ermənistan ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır.
Bu barədə respublikanın baş naziri Nikol Paşinyanın ABŞ-nin Müstəqillik Günü münasibətilə Amerika dövlətinin başçısı Co Baydenə müraciətində deyilir.
Onun sözlərinə görə, İrəvan və Vaşinqton arasında demokratik islahatlar, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik sektoru və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi Ermənistan və ABŞ arasında strateji dialoqun səviyyəyə qaldırılması konsepsiyasında öz əksini tapıb.
“Ermənistan regionumuzda sülh quruculuğu prosesində ABŞ-nin rolunu yüksək qiymətləndirir və Birləşmiş Ştatların Ermənistan Respublikasının suverenliyi, müstəqilliyi, demokratiyası, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi dərindən qiymətləndirir”,- deyə Paşinyan qeyd edib.
Mövsüm
Aznews.az