Bakıda mağaza yandı

16 Avqust 2013 07:19 (UTC+04:00)
Bakıda yanğın hadisəsi baş verib.

ANS PRESS FHN-ə istinadən xəbər verir ki, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ərzaq malları mağazasının yanar konstruksiyaları 70 kv.m sahədə, 2 ədəd "Vaqner" markalı kondisioner və 1 ədəd vitrin soyuducusu yanıb. Yüksək temperatur nəticəsində lambirdən ibarət tavan 150 kv.m sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

AzNews.az