Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətlərin möhkəmləndirilməsinə sadiqdir

4 İyul 2024 18:14 (UTC+04:00)

Gürcüstan rəhbərliyi Gürcüstanın Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq, dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir.

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O, amerikalı tərəfdaşlarını ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik edib .

“Biz bu günü qeyd edərkən biz Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə və Gürcüstanla ABŞ arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, - Gürcüstanın baş naziri X sosial şəbəkəsində yazıb.

Mövsüm

Aznews.az