Seksi olduğuna görə bələdiyyədən qovuldu

16 Avqust 2013 07:34 (UTC+04:00)


İranın Qəzvin vilayətində 27 yaşlı xanım üzvü olduğu bələdiyyədən qovulub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nina Siyahəkali Muradi bu il iyunun 14-də keçirilmiş bələdiyyə seçkilərində 163 namizəd arasında 9400 səs toplayıb. O, Əliabadi qəsəbəsindən Qəzvin Şəhər Bələdiyyə Şurasına üzv seçilib. Ancaq seçkilərd’n 50 gün sonra mühafizəkarlar birləşərək onu bələdiyyə üzvlüyündən kənarlaşdırıblar. Səbəb kimi isə İranda qüvvədə olan islami geyim qaydalarına, yəni hicaba riayət etməməsi göstərilib.

Bəzi məlumatlara görə, kompyuter sahəsində ölkənin tanınmış mütəxəssislərindən biri olan xanım Muradinin bələdiyyədən qovulmasına səbəb həddiindən artıq gözəl və seksi olmasıdır. Bələdiyyə üzvlərindən biri onun barəsində danışarkən "Bələdiyyə manikenlər üçün podium deyil" deyib.

Elnarə
AzNews.az