Əlil gəncin bacısı prezidentə müraciət etdi

16 Avqust 2013 08:01 (UTC+04:00)
Birinci qrup əlil olan 23 yaşlı gəncin bacısı prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevaya və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova müraciət edib.

"Qafqazinfo" həmin müraciəti təqdim edir: "Qardaşım Əmişov Rəvan Qəhrəman oğlu 1990-cı ildə anadan olub. Hal-hazırda 1-ci qrup əlil kimi anadangəlmə əlil arabasına məhkumdur. Ailədə 4 uşağıq, digərləri də azyaşlıdır. Anam 1 il bundan əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişdi. Atam da ağır xəstədir. Ailəmizin yeganə gəlir mənbəyi Rəvana verilən 60.50 AZN əlilliyə görə ödənilən müavinət və kiçik bacıma ödənilən 45 AZN müavinətdir. Aylıq 100 AZN-lə 6 baş ailə neçə yaşaya bilər.

Ünvanlı sosila yardım üçün müraciət etdikdə mənə bildirdilər ki, get işlə sizə nə yardım, mən axı daim iki nəfərin qulluğuna ehtiyacı olan qardaşı necə qoyum gedim işləyim Bizim üçün ən ağır problem qardaşım Rəvanın bizim gözümüzün önündə gündən-günə əriyib getməsidir. Yaşadığımız evin şəraitin bərbad vəziyyətdə olmasından, Rəvan hal-hazırda istifadə etdiyi köhnəlmiş arabadan düşdüyü üçün gözü ciddi şəkildə xəsarət aldı, həkimlər məcbur qalıb xəsarət aldığı gözü götürdülər. Qardaşımın onurğa sümüyü əyildiyi üçün mədəsinə və qara ciyərinə ciddi xəsarət yetirir və nə yeyirsə dərhal yediyini geri qaytarır. Ona görə Rəvana da ciddi müalicəyə ehtiyacı vardır. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq sizdən xahiş edirəm ki, Rəvanın qalan ömrünü yaşaya bilməsi üçün, onun müalicə olunması və elektron əlil arabası ilə təmin olunmasında köməklik göstərərsiniz".

AzNews.az