Qacarların son şahzadəsinin sərgisi açıldı
16 Avqust 2013 08:18 (UTC+04:00)
İran paytaxtı Tehranda Qacaqlar sülələsinin son şahzadəsi Məhəmməd Həsən Mirzənin fotolarından ibarət sərgi açılıb.
Sərgidə 1899–1943-cü illərdə yaşayan Məhəmməd Həsən Mirzənin 36 fotosu nümayiş olunur. Fotoların Təbrizdə yaşayan fotoqraf Yusif Xan tərəfindən çəkildiyi bildirilir. AzNews.az "Tehran Times"a istinadən xəbər verir ki, Məhəmməd Həsən Mirzə Qacarlar sülaləsinin sonuncu şahı Əhməd şahın qardaşı olub. Əhməd şahın övladı olmadığından Məhəmməd Həsən Mirzə şahzadə statusunda olub.
Elnarə
AzNews.az