Xarici ölkə vətəndaşının avtomobili qarət olundu

16 Avqust 2013 09:02 (UTC+04:00)
Bakıda xarici vətəndaşın avtomobilindən pul və digər əşyalar oğurlanıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyasının vətəndaşı, Şərifzadə küçəsi ev 6, mənzil 21-də yaşayan, 1957-ci il təvəllüdlü Namiq Abdulhəmid oğlu Əzizova məxsus Rusiya dövlət nömrə nişanlı, BMW markalı avtomobilin yan qabaq şüşəsi naməlum şəraitdə sındırılıb.

Avtomobildə olan qeydiyyat kamerası, "Nikon" markalı fotoaparat, "Carmi" markalı naviqator, balıqçılara məxsus geyim dəsti və 27 min rus rublu naməlum şəxslər tərəfindən oğurlanıb.

Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.

AzNews.az