Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısı başladı

16 Avqust 2013 09:05 (UTC+04:00)
Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısı başlayıb.

APA-nın məlumatına görə, toplantıda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Almazbek Atambayev iştirak edir.

Şurada sədrlik Qırğızıstandan Azərbaycana keçib. Qırğızıstan prezidenti sədrliyi Azərbaycan prezidenti İlham Əliyevə təhvil verib.

Sammitin yekununda Qəbələ Bəyannaməsi qəbul olunacaq.

AzNews.az