Sabiq nazir müavininə vəzifə verildi

16 Avqust 2013 09:41 (UTC+04:00)
Bir müddət əvvəl təhsil nazirinin müavini vəzifəsindən azad edilən Qulu Novruzov nazirliyin tabeliyindəki Təhsil Problemləri İnstitutunda direktoru təyin edilib.

O, bu vəzifədə yaş senzinə görə vəzifədən kənarlaşdırılan Abdulla Mehrabovu əvəzləyib.

İnstitutdan AzNews.az-a verilən məlumata görə, bu gün Qulu Novruzovun institut əməkdaşlarına təqdim edilib. Yeni direktoru kollektivə təhsil nazirinin müavini vəzifəsinə avqustun 12-də təyin edilən Ceyhun Bayramov təqdim edib.

Elnarə
AzNews.az