İraqın şimalında 4 terrorçu zərərsizləşdirilib

10 İyul 2024 19:24 (UTC+04:00)

İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 4 PKK terrorçusu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri (TSK) terrorla mübarizəni gözlənilməz, qeyri-adi, sürətli və davamlı şəkildə davam etdirir.

Türkiyə Milli Müdafiə Nazirliyi komandoların İraqın şimalındakı Metina bölgəsində aşkarladıqları 4 PKK terrorçusunu zərərsizləşdirdiyini açıqlayıb.

Çoxlu silah və sursat ələ keçirilib

Bundan əlavə, terrorçuların istifadə etdiyi sığınacaqda aparılan axtarış və skan tədbirləri zamanı çoxlu silah və sursat ələ keçirilib.

Mövsüm

Aznews.az