ABŞ, Kanada və Finlandiya buzqıran gəmilərin inşasına başlayacaq

11 İyul 2024 20:10 (UTC+04:00)

ABŞ, Kanada və Finlandiya Rusiya və Çinlə qarşıdurma yaratmaq üçün Arktikada buzqıran gəmilərin tikintisi üçün konsorsium yaradacaq.

Bu barədə "Reuters" agentliyi Amerika administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində cümə axşamı "Icebreaker Collaboration Effort" adlı təşəbbüs təqdim olunub.

Agentliyin mənbəsi paktın məqsədini “qütb bölgələrinə güc vermək” və beynəlxalq normalara və müqavilələrə uyğunluğu təmin etmək üçün buzqıran gəmilərdən ibarət donanmanın yaradılması adlandırıb.

Mövsüm

AzNews.az