DİN-dən mitinq açıqlaması

16 Avqust 2013 11:10 (UTC+04:00)


"Əgər müxalifətin avqustun 18-də keçirməyi planlaşdırdığı mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış tədbirdirsə, sözsüz ki, polis əməkdaşları mitinq iştirakçılarının təhlükəsizliyini yüksək səviyyədə qoruyacaq".

Bunu AzNews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin şöbə müdiri Ehsan Zahidov deyib. Onun sözlərinə görə, əgər müxalifət qüvvələri mitinqi BŞİH-lə razılaşdırılmamış yerdə keçirməyə cəhd edərsə, bunun qarşısı birmənalı olaraq alınacaq. Mitinqin mühafizəsinə nə qədər polis əməkdaşının cəlb olunacağı barədə dəqiq məlumat verməyin çətin olduğunu qeyd edən DİN rəsmisi onu da bildirib ki, mitinq iştirakçıları BŞİH-ə göndərdikləri müraciətdə nəzərdə tutulan şüarlardan kənar plakatlar qaldırsalar, polis əməkdaşları bu halların da qarşısını alacaq.

Anar