Türkiyə hərbçiləri İraqın şimalında doqquz terrorçunu öldürüb

12 İyul 2024 15:19 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində doqquz terrorçu öldürülüb.

“Aznews.az” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, İraqın şimalında “Pençe-Kilit”, Hakurk, Gara əməliyyat bölgəsində təsbit edilən PKK terrorçu qruplaşmasının silahlıları öldürülüb.