Ərdoğan: Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmağı planlaşdırır

12 İyul 2024 16:04 (UTC+04:00)

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq niyyətindədir.

Bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

“Məqsədimiz orada müşahidəçi deyil, daimi üzv olmaqdır. Türkiyə Şanxay beşliyinə daimi üzv kimi qoşulmalıdır”.

Türkiyə liderinin çıxışı TRT Haber telekanalı tərəfindən yayımlanıb.

Ərdoğan əlavə edib ki, iyulun əvvəlində Astanada keçirilən ŞƏT sammitində bu məsələni müzakirə edib.

Mövsüm

Aznews.az