İlhamə Quliyevanın yubiley PROQRAMI

16 Avqust 2013 11:41 (UTC+04:00)
"Space" İlhamə Quliyevaya 4 saatlıq veriliş həsr edəcək

Avqustun 17-də xalq artisti, "Şərəf" ordenli İlhamə Quliyevanın 70 yaşı tamam olur. AzNews.az-a yubiley mərasimi ilə bağlı açıqlama verən İ.Quliyevanın mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərli bildirib ki, mərasim "Space" telekanalından başlayacaq. Adı çəkilən kanalda sənətkarın yubileyi ilə əlaqədar 4 saat canlı veriliş olacaq. Bir neçə gündən sonra - avqustun 25-də isə "Meridian" restoranında xalq artisti doğum gününü qeyd edəcək: ""Spece"dəki verilişdən sonra İlhamə xanım doğum gününü ailəsi ilə bir yerdə qeyd edəcək. Avqustun 25 də isə möhtəşəm bir yubiley mərasimi keçiriləcək".

Bahar
AzNews.az