DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq

14 İyul 2024 14:30 (UTC+04:00)

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzdən verilən məlumata görə, iyulun 15-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.