İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub

15 İyul 2024 09:05 (UTC+04:00)

Futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində İspaniya və İngiltərə milli komandaları qarşılaşıb.

Aznews.az xəbər verir ki, oyunun 47-ci dəqiqəsində Niko Uilyams İspaniya millisini hesabda önə çıxarıb.

Qarşılaşmanın 73-cü dəqiqəsində isə Koul Palmer matçda tarazlığı bərpa edib.

86-cı dəqidə isə Mikel Oyarzabal ispanları hesabda yenidən önə keçirib.

Bununla da İspaniya milli komandası Avropa çempionu olub.