Aİ Rusiyaya dəstək verdiyi üçün İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb

15 İyul 2024 15:54 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Rusiyaya dəstək verdiyinə, eləcə də Tehranın Yaxın Şərq və Qırmızı dəniz regionunda sabitliyi pozduğuna görə İrana qarşı sanksiyaları gələn ilin iyulun 27-dək uzadıb.

Bu barədə Aİ Şurasının saytında məlumat verilib .

“Mövcud məhdudlaşdırıcı tədbirlərə hər il yenidən baxılacaq. Hazırda sanksiya rejimi 12 fiziki şəxs və 9 təşkilata şamil edilir”, - deyə məlumatda vurğulanır.

Həmin şəxslərin aktivləri dondurulur, onlara pul və ya digər vəsaitlərin verilməsi qadağandır. Həmçinin sanksiyaya məruz qalan vətəndaşların Aİ-yə daxil olması qadağandır.

Mövsüm

Aznews.az