Keniyada etirazlar zamanı bir nəfər ölüb, onlarla insan yaralanıb

16 İyul 2024 18:05 (UTC+04:00)

Keniyada hökumət əleyhinə nümayişlər zamanı azı bir nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“Nayrobi şəhərinin mərkəzində polis prezident Uilyam Rutonun və hökumətinin istefasını tələb edən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib”, - nəşr qeyd edib.

Media bugünkü toqquşmaları dövlət başçısının vergi artımını ləğv etməsindən sonra ən böyük toqquşmalardan biri adlandırır. Məlumdur ki, bir neçə şəhərdə etirazçılar küçələrdəki zibilləri yandıraraq polislə açıq qarşıdurmaya giriblər. Agentliyin məlumatına görə, iyunun əvvəlindən Keniyada keçirilən etirazlar zamanı ümumilikdə ən azı 50 nəfər ölüb.

Mövsüm

AzNews.az