Əfqanıstanda baş verən daşqınlar nəticəsində azı 40 nəfər ölüb

16 İyul 2024 18:25 (UTC+04:00)

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində baş verən daşqınlar nəticəsində azı 40 nəfər ölüb, 347 nəfər xəsarət alıb.

Verilən məlumata görə, zərərçəkənlərin sayı 347 nəfərdir. Çoxlu evlər dağılıb, 40-a yaxın insan həlak olub (məlumatlar dəyişə bilər).

Bildirilib ki, zərərçəkənlərə lazımi tibbi yardım göstərilir, beynəlxalq təşkilatlarla koordinasiyalı şəkildə humanitar yardımlar çatdırılır.

Mövsüm

AzNews.az