Qorxulu yarışma başa çatdı- Video

16 Avqust 2013 12:48 (UTC+04:00)
Kanadada hər il keçirilən "arı saqqalı" yarışması başa çatıb.

Belə ki, hər il ölkədə bir neçə ekstremalın xüsusi mükafata layiq görülmək üçün qatıldığı müsabiqədə onlarla iştirakçı yaralanır. Ontario vilayətində keçirilən yarışmanın əsas şərtlərindən biri bütün baş və boyun hissənin həşərat, əsasən isə arılarla tamam örtülməsi şərt götürülür.

Bundan ötrü yarışda iştirak edən şəxslər arıları doyana qədər yedizdirib və onları xüsusi tüstülü mühitdə bir neçə dəqiqə saxlayırlar. Məqsəd həşəratları nisbətən keyitmə xarakteri daşıyır. Yarışmanın qalibi boğaz nahiyəsi tamamilə arı ilə örtülü şəxs seçilir.



Aynur Hüseynova
AzNews.az