Nigeriyada atışma nəticəsində 12 nəfər ölüb

17 İyul 2024 11:58 (UTC+04:00)

Qərbi Afrika ölkəsi Nigeriyanın Benue əyalətinin Aqatu bölgəsində naməlum şəxslər tərəfindən silahlı hücum təşkil edilib.

Hücum nəticəsində 12 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və "ISWAP" terror təşkilatlarının hücumları ilə üzləşib.

Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir.

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

Mövsüm

AzNews.az