Polşada 1 min ABŞ əsgəri üçün hərbi baza tikilib

17 İyul 2024 20:45 (UTC+04:00)

Polşa ölkənin qərbindəki Svitosov şəhərində 1 mindən çox ABŞ hərbçisinin yerləşəcəyi bazanın tikintisini başa çatdırıb.

Bu barədə PAP agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, obyekt təlim məqsədilə müttəfiq qoşunların müvəqqəti yerləşdirilməsi, eləcə də hərbi qulluqçuların rotasiya qaydasında qalması üçün nəzərdə tutulub.

Bundan əlavə, bazadan taktiki düşmə zonasına keçməzdən əvvəl ləvazimatların tez bir zamanda toplanması və qəbulu və hərbi texnikanın qurulması üçün istifadə olunacaq.

Mövsüm

AzNews.az