Fransa ərazisindən 17 min kilometr uzaqlıqda yerləşən Hind-Sakit Okean koloniyasında müstəqillik tərəfdarı olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsi Partiyası (FLNKS) Fransa hökumətinin göndərdiyi təhlükəsizlik qüvvələrini adanı “dərhal” tərk etməyə çağırıb.
Fransa administrasiyası Yeni Kaledoniyanın yerli xalqı Kanakları seçkilərdə neytrallaşdırmaq üçün hazır olduqları iddia edilən konstitusiya islahatına qarşı çıxan müstəqillik tərəfdarlarına təzyiqlərini davam etdirir.
Yerli mətbuatda yer alan xəbərlərə görə, müstəqillik tərəfdarı FLNKS təşkil etdiyi mətbuat konfransında, may ayında Yeni Kaledoniyada başlayan zorakılıqlardan sonra Fransa hökuməti tərəfindən göndərilən çoxlu polis, jandarm və əsgərin adanı "dərhal" tərk etməsini tələb edib.
Mövsüm
AzNews.az