Azərbaycan Olimpiya komandasının formaları nümayiş etdirilib - FOTO

17 İyul 2024 23:30 (UTC+04:00)

Milli Gimnastika Arenasında Azərbaycan Olimpiya komandasının formaları nümayiş etdirilib.

Aznews.az xəbər verir ki, geyimlər Belçikanın "Konkordiya" şirkəti tərəfindən hazırlanıb.

Xüsusi dizaynda hazırlanmış idman geyimlərində Azərbaycan atributları yer alıb. Formalar parad, sərbəst və məşq dəstlərindən ibarət olub.

Formaları Paris-2024 Olimpiadasında çıxış edəcək idmançılar nümayiş etdiriblər. Səhnədə Rafiq Hüseynov, Sənan Süleymanov, Uşanqi Kokauri, Selcan Mahsudova, Gültac Məmmədəliyeva kimi olimpiyaçılar yer alıblar.