Ərdoğan Trampa sui-qəsd cəhdini demokratiyaya hücum adlandırıb

18 İyul 2024 18:57 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Trampla ona qarşı sui-qəsd cəhdini müzakirə edib.

Bu barədə Türkiyə liderinin ofisi məlumat verib.

"Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-nin 45-ci prezidenti və hazırda prezidentliyə namizədi Donald Trampla telefon danışığı aparıb " , - X sosial şəbəkəsində mesajda deyilir.

Türkiyə lideri Trampa sui-qəsd cəhdini demokratiyaya hücum adlandırıb. O, həmçinin bu hadisədən təəssüfləndiyini bildirib və ABŞ prezidentliyinə namizədin sağalmasını arzulayıb.

Mövsüm

AzNews.az