"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşıb

18 İyul 2024 20:46 (UTC+04:00)

Hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.

"Aznews.az" xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi klub son mövsümü Türkiyə Superliqasında keçirən “Pendikspor”la üz-üzə gəlib.

Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.