Ermənistanda An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində ilkin olaraq iki nəfər həlak olub.
Bu barədə "24News" portalı məlumat yayıb.
Hadisə Yeqvard şəhəri yaxınlığında baş verib. Fövqəladə Hallar Nazirliyinin (RİHM) əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan "24News" portalına hadisəni təsdiqləyib.
Mövsüm
AzNews.az