Kralın qızı və kürəkəni həbs edildi – ŞOK SƏBƏB

16 Avqust 2013 14:31 (UTC+04:00)
Onlar "Xoruz döyüşü" yarışmasının qurbanına çevrildilər

Amerika polisi Rumuniyanın sonuncu kralının qızı İrina Uolker və onun həyat yoldaşını həbs edib. İlkin məlumata görə onlar qeyri-qanuni xoruz döyüşləri təşkil etməkdə ittiham edilirlər.

Polisin yaydığı məlumatda bildirilir ki, kralın qızı və həyat yoldaşı tərəfindən qeyri-qanuni təşkil edilmiş yarışmalarda minlərlə adam iştirak edib və yarışmaya biletlər satılıb. Statistikaya görə, 2012-ci ilin sonundan 2013-cü ilin yazına kimi 10-dan çox xoruz döyüşü yarışmaları təşkil edilib.

"Onlar bilməli idilər ki, Amerikanın bütün ştatlarında xoruz döyüşməsi yarışları qanunla qadağan edilib. Onların keçirdiyi yarışmalar isə xüsusi qəddarlığı ilə seçilib. Qaydaya görə, oyun, xoruzların ayağına ülgüc bağlanaraq birinin-digərinin öldürməsi ilə başa çatırmış",-deyə Oreqon ştatının prokuroru açıqlamasında bildirib.

Aynur Hüseynova
AzNews.az