Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bank xərcini 2 dəfə artırıb

22 İyul 2024 10:16 (UTC+04:00)

2023-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) bank xərci 9,731 milyon manat təşkil edib.

Bu, 2022-ci illə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən il agentliyin bank xərci ümumi xərclərinin 0,2 %-ni təşkil edib. Bu nisbət əvvəlki il 0,1 % olub.