Ağsaqqallar Şurasının üzvü axtarışa verildi – Ermənistanda

16 Avqust 2013 14:39 (UTC+04:00)
Çiçəklənən Ermənistan Partiyasından İrəvanın Ağsaqqallar Şurasına üzv seçilən Samvel Şaroyan axtarışa verilib. Axtarışı Məhkəmə Qərarlarının İcrası Xidməti verib. Səbəb Ağsaqqallar Şurası üzvünün Tumasyan adlı birindən aldığı 10 min dram borcu qaytarmaması olub. Borcu qaytarmamaq üçün müxtəlif yollara baş vuran Şaroyan məhkəmədə borc aldığı şəxsə uduzub. Ancaq geyimindən başqa heç nəyi olmadığını bildirərək, borcu qaytarmaqdan yayınıb. Evdə də tapılmayan Şaroyanı fırıldaqçılıqda ittiham edən Tumasyan onun təmsil olunduğu partiyaya və Ağsaqqallar Şurasına müraciət edib.

Elnarə
AzNews.az