BMT-nin Xüsusi Nümayəndəsi: Husilərin hücumları səbəbindən gəmiçilik təhlükəsi artır

23 İyul 2024 22:21 (UTC+04:00)

İyulun 23-də Reuters agentliyi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberqə istinadla xəbər verir ki, Yəməndə husilərin gəmilərə yeni hücumları və İsrailin hava hücumlarından sonra Qırmızı dənizdə beynəlxalq gəmiçilik üçün təhlükə artır.

“Mən Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə davam edən hücumlardan dərin narahatam. Son hadisələr beynəlxalq gəmiçilik üçün təhlükənin miqyasının artdığını göstərir”, - agentlik Qrundberqin sözlərini sitat gətirir.

Xüsusi nümayəndə qeyd edib ki, regionda zorakılıq yeni səviyyəyə çatıb.

Mövsüm

AzNews.az