Çin HƏMAS və FƏTH arasında Milli Barışıq Sazişinə ev sahibliyi edir

23 İyul 2024 22:36 (UTC+04:00)

Çin Fələstinlilərin daxili parçalanmalarına son qoymaq məqsədilə Həmas və Fəth qrupları arasında milli barışıq danışıqlarına ev sahibliyi edib.

Danışıqlar nəticəsində Həmas və Fəth arasında “milli birlik” sazişi imzalanıb.

Razılaşmanın məqsədi müharibədən sonrakı dövrdə Qəzzanı idarə etmək üçün “müvəqqəti milli barışıq hökuməti” yaratmaqdır.

Qeyd edək ki, Çin Yaxın Şərqdə sülhün və sabitliyin qorunmasında konstruktiv rol oynamağı hədəfləyir.

Mövsüm

AzNews.az