General-leytenant Niyazi Hacıyev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib

24 İyul 2024 16:24 (UTC+04:00)

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Niyazi Xanbaba oğlu Hacıyev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.