ABŞ-da "Yellowstone" Milli Parkında gözlənilməz yeraltı hidrotermal partlayış baş verib.
Partlayış nəticəsində hündürlüyü yüzlərlə metrə çatan nəhəng göbələk buludu əmələ gəlib.
Parka gələn ziyarətçilər panikaya düşərək qaçmağa məcbur olublar.
ABŞ Geoloji Xidməti partlayış nəticəsində heç kimin xəsarət almadığını və hadisənin vulkanik fəaliyyət əlaməti olmadığını açıqlayıb.
Hadisədən sonra Biskvit hövzəsi ərazisi, dayanacaq və gediş yolları müvəqqəti olaraq bağlanıb.
Mövsüm
AzNews.az