Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik və baş katib Antonio Quterreş Çinin rəhbərliyi altında 14 Fələstin qrupunun yüksək səviyyəli nümayəndələrinin apardığı danışıqların kompromislə nəticələnməsindən məmnun olduqlarını bildiriblər.
Sözçüsü Dujarrik, qruplar arasında əldə olunan razılaşma ilə bağlı verdiyi açıqlamada, Fələstin birliyini inkişaf etdirmək üçün "önəmli bir addım" olaraq xarakterizə edib.
FƏTH və HƏMAS arasında ortaq hökumət qurmağı hədəfləyən razılaşmanın icra prosesi və vaxtı ilə bağlı təfərrüatlar hələ məlum olmasa da, Düjarrik qeyd edib ki, Fələstin qruplarının birliyi istiqamətində atılan hər addım müsbət qarşılanmalı və təşviq edilməlidir.
Quterreş isə Çinin və prosesdə iştirak edən digər ölkələrin səylərini yüksək qiymətləndirdiyini də bildirib.
Mövsüm
AzNews.az