Peskov: Rusiya Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmir

24 İyul 2024 22:08 (UTC+04:00)

Ermənistan suveren ölkədir, bizim üçün qardaş ölkədir, biz Ermənistanın siyasi müdrikliyinə ümid edirik.

Aznews.az xəbər verir ki, bunu Yeni Media Festivalında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar seçdiyi alternativsizliyi seçsinlər. Biz dostluq və isti münasibətləri davam etdirməyə sadiqik”, - Peskov qeyd edib.